Moskva-Bakı aviareysləri gecikir

sosial
3-09-2015, 14:12 945
Moskva-Bakı aviareysləri gecikir “Domodedovo”da tüstülənmə baş verib.
Moskvanın “Domodedovo” hava limanında baş vermiş tüstülənməyə görə 12 daxili və 4 beynəlxalq reys gecikir.
Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, hava limanının yerli vaxtla saat 8:30-a olan onlayn tablosuna əsasən, Anapa (2 reys), Samara, Peterburq, Həştərxan, Soçi, Stavropol, Rostov-na-Donu, Krasnodar və Çeboksarıya, həmçinin Moldova, Montoneqro, Ukrayna və Azərbaycana beynəlxalq reyslər gecikir.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, güclü tüstülənməyə tikinti materiallarının saxlanıldığı alt mərtəbədəki elektik naqillərində nasazlıq səbəb ola bilər.