» » Prezident Sevda Ələkbərzadəyə mənzil hədiyyə etdi


Prezident Sevda Ələkbərzadəyə mənzil hədiyyə etdi

2-05-2019, 15:19
Oxunub: 602
Çap et
Prezident Sevda Ələkbərzadəyə mənzil hədiyyə etdi Prezident İlham Əliyev Əməkdar artist Sevda Ələkbəzadəyə mənzil bağışlayıb.
S.Ələkbərzadə RealFakt.Az-a açıqlamasında xəbəri təsdiqləyib.
Müğənni bunu səhnə fəaliyyətinin, yaradıcılığının 30 illiyi üçün ən böyük hədiyyə adlandırıb.
Xatırladaq ki, Sevda Ələkbərzadə 1977-ci ildə anadan olub. İlk fəaliyyətinə “Aypara” qrupunda ifaçı kimi başlayıb.
Məşhur RAST qrupunda solist-ifaçı olub.
Azərbaycanı beynəlxalq mahnı müsabiqələrində təmsil edib. O, caz, xalq musiqisi və muğam janrlarında ifa edir.
Reytinq: