» » Avropa Liqasının finalı üçün Bakıya 100-dən çox ölkədən bilet alınıb


Avropa Liqasının finalı üçün Bakıya 100-dən çox ölkədən bilet alınıb

30-04-2019, 17:52
Oxunub: 672
Çap et
Avropa Liqasının finalı üçün Bakıya 100-dən çox ölkədən bilet alınıb Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu üçün onlayn satılan biletlərin sayı açıqlanıb.


RealFakt.Az xəbər verir ki, finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) biletdən əlavə, UEFA tərəfindən onlayn satışa çıxarılmış 21 min 500 ədəd bilet məhz 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb.

Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bilet Azərbayan vətəndaşı olmayan şəxslər tərəfindən əldə olunub.
Reytinq: