Bakıda 20 saylı məktəbin tikintisi üçün yeni layihəyə start verildi

tehsil
3-09-2015, 14:06 1067
Bakıda 20 saylı məktəbin tikintisi üçün yeni layihəyə start verildi Bakıda sökülən 20 saylı məktəbin yerində müasir tələblərə uyğun 5 mərtəbədən ibarət məktəb-liseyin yeni binası inşa olunacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, indiyədək 20 nömrəli məktəb-liseyin tikintisi üçün müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 15 milyon manat, Dövlət İnvestisiya Xərclərindən isə 2 milyon manat ayrılıb.
Məlumatda qeyd olunur ki, bu günədək məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa çatdırılıb. Hazırda yeni məktəb-liseyin binasının layihəsində bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan sonra məktəb-liseyin tikinti işləri davam etdiriləcək. Hazırda 20 nömrəli məktəb-liseyin 2830 şagirdı paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər.
Qeyd edək ki, 25000 kvadratmetr sahəsi olacaq 3000 şagird yerlik 20 nömrəli məktəb-lisey Bakı şəhərinin ən böyük ümumtəhsil müəssisələrindən biridir.