» » Qazaxda “təcili yardım” maşını qəzaya uğrayıb


Qazaxda “təcili yardım” maşını qəzaya uğrayıb

10-03-2019, 20:54
Oxunub: 600
Çap et
Qazaxda “təcili yardım” maşını qəzaya uğrayıb Qazax şəhərində “təcili yardım” maşını qəzaya uğrayıb.

Report-un məlumatına görə, Heydər Əliyev prospekti ilə çağrışa gedən “təcili yardım” maşını “VAZ-2107” ilə toqquşub.

Qəza nəticəsində iki nəfər – 1997-ci il təvəllüdlü Musayev Cabir Musa oğlu və "VAZ"ın 1996-cı il təvəllüdlü sərnişini Elgün Musayev xəsarət alıb.

Hər iki yaralı hadisə yerinə çağrılan başqa “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Reytinq: