Odessada azərbaycanlı bıçaqlandı

gundem
9-03-2019, 20:27 2132
Odessada azərbaycanlı bıçaqlandı Ukraynanın Odessa şəhərindəki gecə klublarından birinin qarşısında naməlum şəxs iki nəfəri bıçaqlayaraq, hadisə yerindən qaçıb.

Bununla bağlı 048.ua nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı yaralananlardan biri Azərbaycan, digəri isə Ermənistan vətəndaşıdır.

Cinayətkarın kimliyi və hadisənin başvermə səbəbi məlum deyil.