» » Tbilisidə azərbaycanlı xüsusi əməliyyatla saxlanıldı


Tbilisidə azərbaycanlı xüsusi əməliyyatla saxlanıldı

3-03-2019, 23:16
Oxunub: 634
Çap et
Tbilisidə azərbaycanlı xüsusi əməliyyatla saxlanıldı Tbilisinin azərbaycanlıların kompakt halda yaşadığı Poniçala qəsəbəsində xüsusi əməliyyat keçirilib. Bu barədə Report məlumat yayıb.

Əməliyyat nəticəsində narkotiklərin dövriyyəsində şübhəli bilinən bir-neçə nəfər saxlanılıb. Onlardan birinin 31 yaşlı azərbaycanlı olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi hələlik xüsusi əməliyyatın keçirilməsi barədə rəsmi məlumat yaymayıb.
Reytinq: