Günahsız yerə 39 il həbsdə qalan şəxsə 21 milyon dollar təzminat veriləcək

gundem
25-02-2019, 11:06 1604
Günahsız yerə 39 il həbsdə qalan şəxsə 21 milyon dollar təzminat veriləcək Amerikanın Kaliforniya ştatında qətldə ittiham edilərək 39 il həbsdə qalan Kreyq Koliyə 21 milyon dollar məbləğində təzminat ödəniləcək.

RenTV xəbər verir ki, Kreyq Koli 1978-ci ildə amerikalı qadını və onun dörd yaşlı oğlunu qətlə yetirməkdə ittiham olunub.

Yenidən aparılan araşdırmalar zamanı Kolinin günahsız olduğu üzə çıxıb.
2017-ci ilin noyabrında 70 yaşında azadlığa buraxılan Koliyə artıq bir dəfə 2 milyon dollar məbləğində təzminat verilib.