Cəbhədə Ermənistana məxsus PUA məhv edilib - FOTO

gundem
21-02-2019, 16:45 1736
Cəbhədə Ermənistana məxsus PUA məhv edilib - FOTO ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.
Cəbhədə Ermənistana məxsus PUA məhv edilib - FOTO
Cəbhədə Ermənistana məxsus PUA məhv edilib - FOTO
Cəbhədə Ermənistana məxsus PUA məhv edilib - FOTO