Bakıda məhkəmədə qadın hakimə hücum etdi - TƏFƏRRÜAT

gundem
21-02-2019, 16:42 1668
Bakıda məhkəmədə qadın hakimə hücum etdi - TƏFƏRRÜAT Sabunçu Rayon Məhkəməsində təqsirləndirilən şəxsin anası Təhminə Səfərova hakimə hücum edib.

Oxu.Az xəbər verir ki, T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

Belə ki, o, oğurluqda təqsirləndirilən oğluna cəza istəyən prokurora etiraz edib. Təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub.

O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarıblar.

Məlumata görə, Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb.