» » Ermənistanda ata və qızı hökumət binasında özünü yandırmağa cəhd edib


Ermənistanda ata və qızı hökumət binasında özünü yandırmağa cəhd edib

20-02-2019, 17:17
Oxunub: 677
Çap et
Ermənistanda ata və qızı hökumət binasında özünü yandırmağa cəhd edib Yerevanda kişi qızı ilə birlikdə özlərini yandırmaq üçün hökumət binasına girməyə cəhd edib.

"Realfakt.Az" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər.

Hadisə yerində olan polis məmurları kişinin özü ilə yanacaq gətirdiyini söyləyiblər. O, saxlanılıb və Yerevan polisinin mərkəzi bölməsinə təhvil verilib. Faktla bağlı istintaq gedir.

Ermənistan KİV-inin məlumatına görə, saxlanılan şəxs 54 yaşlı Gümrü sakini Arutyun P.-dir. Onu bu addımı atmağa məcbur edən səbəblər barədə məlumat verilmir.
Reytinq: