Zibillikdən silah-sursat tapıldı

hadise
3-09-2015, 13:55 936
Zibillikdən silah-sursat tapıldı Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda zibilin içindən qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkar olunub. İş prosesi zamanı tapılan ümumilikdə 10 növ təhlükəli əşya “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib. “Təmiz Şəhər” ASC-dən SİA-ya verilən xəbərə görə, avqust ayında müxtəlif günlərdə aşkarlanan və polisə verilmiş silahlar və silah hissələri aşağıdakılardır:
1) 2 ədəd F1 əl qumbarasının korpusu
2) 2 ədəd F1 əl qumbarasının alışqanı
3) 1 ədəd pnevmatik tapanca
4) 1 ədəd “Valtro” tapancas5) 2 ədəd avtomat darağı
6) 1 ədəd patrondaş sepi
7) 162 ədəd 7.62 mm çaplı patron
8) 13 ədəd 5.45 mm çaplı patron
9) 1 ədəd 14.5 mm çaplı patron
10) 10 ədəd tapanca patronu
Qeyd edilib ki, Bakı şəhərindən toplanmış tullantılar gün ərzində “Təmiz Şəhər” ASC-in çeşidlənmə zavoduna təhvil verilir. Zavodda tullantılar tərkibinə görə, ayrılaraq xammal kimi təkrar istehsala yönəldilir. İş prosesi zamanı bəzən bu cür təhlükəli və başqa qeyri-adi əşyalar aşkar olunur. Belə hallarla qarşılaşdıqda həmin əşyalar aidiyyatı üzrə qurumlara təhvil verilir.