Balakəndə ağır qəza: ölən var

gundem
14-02-2019, 00:00 1327
Balakəndə ağır qəza: ölən var Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qasbinə kəndində “Toyota” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1987-ci il təvəllüdlü Alqayev Samir Nürəddin oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.