NATO-dan Türkiyəyə gözlənilməz təklif

gundem
13-02-2019, 23:58 1369
NATO-dan Türkiyəyə gözlənilməz təklif NATO Türkiyəyə Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinə alternativ təklif edib.

TASS-ın məlumatına görə, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, İtaliya və Fransa Ankaraya SAMP/T hava hücumundan müdafiə sistemlərini satmağa hazırdır.

Stoltenberq qeyd edib ki, hazırda Türkiyə ilə ABŞ arasında raket əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Ankaranın SAMP/T sistemlərinin alınmasına dair NATO ilə danışıqlara razılıq verdiyi 2018-ci ilin aprelində məlum olub.