» » Braziliyada daşqın qurbanlarının sayı 110-a çatıb


Braziliyada daşqın qurbanlarının sayı 110-a çatıb

1-02-2019, 02:01
Oxunub: 873
Çap et
Braziliyada daşqın qurbanlarının sayı 110-a çatıb Ötən həftə Braziliyanın cənub-şərqində bəndin dağılması nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.

“Realfakt.Az” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Minas-Jerays ştatının mülki müdafiə xidmətinin nümayəndəsi, podpolkovnik Flaviu Qodinyu deyib.

"Hazırda ölənlərin sayı 110 nəfər təşkil edir, onlardan 71 nəfərinin şəxsiyyəti müəyyən edilib", - deyə o, "Globo" telekanalının yayımladığı mətbuat konfransında bildirib.

Daha əvvəl 99 nəfərin öldüyü məlum idi.

Qodinyu əlavə edib ki, daha 238 nəfər itkin düşmüş hesab olunur.
Reytinq: