Neft ucuzlaşdı

iqtisadiyyat
3-09-2015, 10:34 952
Neft ucuzlaşdı Qara qızılın qiyməti 50 dollara düşüb.
London birjasında neftin qiyməti aşağı düşüb.
ANS PRESS-in məlumatına görə, bu gün Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,44 dollar azalaraq 50 dollar 40 sent təşkil edib.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 46,15 dollar təşkil edib.
Ən iri neft treyderlərindən biri olan "Vitol Group"un baş icraçı direktoru Yan Treylor "Bloomberg"ə müsahibəsində neftin qiymətinin 40-60 dollar arası olacağını bildirib. "Bu və gələn il neftin qiyməti 40-60 dollar arasında dəyişəcək. Mən qiymətin qalxması üçün heç bir xüsusi səbəb görmürəm. Əksinə, qiymət aşağı düşə bilər", - deyə Teylor bildirib.