» » Meksikada boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 110-u keçib


Meksikada boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 110-u keçib

26-01-2019, 16:07
Oxunub: 781
Çap et
Meksikada boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 110-u keçib


Bakı. 26 yanvar. Realfakt.AZ/ Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 114 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə region rəhbərliyi məlumat verib.

"68 nəfər partlayışda, 46 nəfər isə xəstəxanada ölüb", - hökumətin bəyanatında deyilir.

30-dan çox insan isə xəstəxanalarda lazımi yardım almağa davam edir.

Qeyd edək ki, yanvarın 18-də axşam saatlarında Tlauelipan rayonunda boru kəmərinə qeyri-qanuni qoşulma ərazisində partlayış və yanğın baş verib.

Daha əvvəl 100 nəfərin öldüyü bildirilirdi.
Reytinq: