» » Yerevanda maşin alverçiləri etiraz aksiyası keçirib


Yerevanda maşin alverçiləri etiraz aksiyası keçirib

17-01-2019, 15:32
Oxunub: 726
Çap et
Yerevanda maşin alverçiləri etiraz aksiyası keçirib Yerevanda maşın alverçiləri Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

“Realfakt.Az” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlar cərimələrlə bağlı amnistiya tələb ediblər.

Bildirilib ki, avtodillerlər 2018-ci ildə alış-verişə görə tətbiq edilmiş ödənilməyən verginin cərimələrinin silinməsini və qanunun dəyişdirilməsini istəyiblər.

Ermənistandakı mövcud qanuna əsasən, birdən çox olan maşına görə fizik şəxs ildə bir dəfə əlavə gəlir vergisi verməlidir. Qiyməti qaldırmamaq və vergidən yayınmaq üçün avtodillerlər maşını ya qohumlarına satdıqları, ya da bağışladıqlarına dair sənəd tərtib edirmişlər. Ötən il iyulun 1-də bu fırıldağın qarşısını almaq məqsədilə qanunda dəyişiklik edilib. Bundan sonra birdən artıq avtomobili olanlar hər il əlavə dəyər vergisi verəcəklər.

Yanvarın 17-də hökumət nümayəndəsi onlarla görüşüb, ancaq tərəflər arasında razılıq əldə edilməyib.
Reytinq: