Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb (FOTO)

gundem
17-01-2019, 14:59 1378
Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb (FOTO) Səhər saatlarında güclü küləyin təsirindən H.Cavid prospektinin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsində avtobus dayanacaq pavilyonu uçub.

Bakı Nəqliyyat Agentliyindən Realfakt.az-a verilən məlumata görə, pavilyonun yararsız hala düşməsinə baxmayaraq xoşbəxtlikdən insanların xəsarət alma halı qeydə alınmayıb.

Əraziyə göndərilən texniki personalın gördüyü tədbirlər nəticəsində dayanacaq məntəqəsinin ərazisi təmizlənib, pavilyondakı avtobus informasiya və BakıKart ödəmə terminalları götürülüb.
Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb (FOTO)