"Qarşıda uzun və çətin yol var" - Ronaldo

idman
17-01-2019, 14:36 2181
"Qarşıda uzun və çətin yol var" - Ronaldo
Çox çətin oyun oldu. Yaxşı oynadıq və çoxlu qol epizodu yaratdıq. Qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Bu qolu məni və "Yuventus"u sevənlərə həsr edirəm.
Realfakt.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un futbolçusu Kriştanu Ronaldu İtaliya superkubokunda "Milan"a 1:0 hesabı ilə qalib gələrək fəxri mükafatı qazandıqları oyundan sonra deyib.

"2019-cu ilə kubokla başlamaq istəyirdim. İndi "Yuventus"la birinci titulumu qazanmışam. Çox xoşbəxtəm" - o bildirib.

Portuqaliyalı hücumçu söyləyib ki, bu, hələ uğurlarının başlanğıcıdır: "Biz addımbaaddım irəliləyirik. İndi daha çox kubok qazanmaq üçün çalışmalıyıq. İtaliya çempionu olmaq "Yuventus"un əsas məqsədidir. Hazırda biz turnir cədvəlinə başçılıq edrik. Amma qarşıda uzun və çətin yol var".