Bakıda yaşayış binasında yanğın olub

hadise
17-01-2019, 02:14 1978
Bakıda yaşayış binasında yanğın olub Bakıda yanğın olub.

Realfakt.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Beş mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 80 m² olan üç otaqlı mənzilin mətbəxində 9 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.