Keniyada hotelə silahlı hücum olub, 21 nəfər ölüb

dunya
17-01-2019, 02:07 2145
Keniyada hotelə silahlı hücum olub, 21 nəfər ölüb Keniyada silahlı şəxslər hotelə hücum ediblər.

Realfakt.Az “Reuters”ə istinadən xəbər verir ki, hadisə Nayrobidə baş verib.

Bildirilir ki, hücum nəticəsində 21 nəfər ölüb. Onların arasında əcnəbilər var.

Hücuma görə məsuliyyəti “Əş-Şabab” radikal qruplaşma üzərinə götürüb.

Terrorçulara yardım etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.