Bu ölkədə İslam dini qadağan edildi - məscidlər bağlanır
sosial
3-09-2015, 10:22
549

Qafqazinfo-nun Newsru-ya istinadən məlumatına görə, Anqola prezidenti Xose Euard Santuşa bu qadağadan sonra İslam dininin ölkədəki hadisələrə təsir edə bilməyəcəyini qeyd edib.
Ölkənin mədəniyyət və turizm naziri Roza Kruz Silva qərarın Ədliyyə Nazirliyi tərəfindən verildiyini və yaxın vaxtlarda bütün məscidlərin bağlanacağını bildirib:
"İslamın rəsmi qadağası vacib idi. Çünki bu din Anqolanın mədəniyyətindəki ənənələrə qarşı çıxır".
Anqolanın əhalisini təxminən 16 milyon insan təşkil edir. Onlardan təxminən 90 min nəfərin müsəlman olduğu bildirilir.