Ötən il Xətai Sənət Mərkəzində 38 rəsm sərgisi açılıb

medeniyyet
15-01-2019, 16:19 2445
Ötən il Xətai Sənət Mərkəzində 38 rəsm sərgisi açılıb Ötən il Xətai Sənət Mərkəzində 38 rəsm sərgisi açılıb.
Bu barədə Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzov məlumat verib.
Onun sözlərinə görə, yola saldığımız 2018-ci ildə mərkəz Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Rayon İcra Hakimiyyəti ilə birlikdə bir uşaq rəsm festivalına, on uşaq rəsm müsabiqəsinə, yeniyetmə və gənclər üçün “İstedad sorağında-3” rəsm müsabiqəsinə, habelə “Vətənin tərənnümü” silsiləsindən “Qusar etüd turu” və “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” qrafika müsabiqəsinə təşkilatçılıq edib.
“Mərkəzdə uşaqlar üçün ümumilikdə 24 rəsm sərgisi təşkil olunmaqla yanaşı, yuxarı yaş qrupuna mənsub fırça ustalarının 14 sərgisi açılıb”, - deyə mərkəzin direktoru söyləyib.
Qeyd edək ki, Bakı Xətai Sənət Mərkəzi müxtəlif mövzulu rəsm sərgilərinin təşkil edildiyi məkan olmaqla yanaşı, həm də təşkilatçı qismində çıxış edir.