Prezident Maliyyə Sabitliyi Şurasının tərkibini təsdiqləyib - FƏRMAN

siyaset
25-12-2018, 23:56 1185
Prezident Maliyyə Sabitliyi Şurasının tərkibini təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Realfakt.Az-ın məlumatına görə, fərmanla Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının (bundan sonra – Şura) aşağıdakı tərkibi təsdiq edilib:
Şuranın sədri
Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri

Şuranın üzvləri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.