Vergilər Nazirliyinə yeni səlahiyyət verildi

iqtisadiyyat
22-12-2018, 22:23 1498
Vergilər Nazirliyinə yeni səlahiyyət verildi
Vergilər Nazirliyinə aksiz markalarının hazırlanması, uçotu və satışı üçün səlahiyyətlər verilib.
Realfakt.Az xəbər verir ki, bu, prezident İlham Əliyevin “Vergilər Nazirliyi haqqında Əsasnamə”yə etdiyi dəyişikliklərdə öz əksini tapıb.
Bu dəyişikliklərə əsasən, əgər əvvəllər aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək Maliyyə Nazirliyi tərəfindən həyata keçirilirdisə, yeni əsasnamədə bu funksiyalar Vergilər Nazirliyinə verilib.
Beləliklə, aksiz markalarının hazırlanmasından tutmuş onun düzgün tətbiq edilməsinə qədər bütün məsələləri 2019-cu ildən Vergilər Nazirliyi tənzimləyəcək.