» » Bakıda 63 yeni yol salınacaq


Bakıda 63 yeni yol salınacaq

12-12-2018, 23:24
Oxunub: 681
Çap et
Bakıda 63 yeni yol salınacaq
Bakının böyük prospektləri arasında əlaqə genişləndirilir.
Realfakt.Az-ın Xəzər.TV-yə istinadən məlumatına görə, bunun üçün Ağ şəhər layihəsi çərçivəsində salınacaq yeni yollardan istifadə ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə 63 yeni yolun salınması nəzərdə tutulub.
Yeni salınacaq yolların eni minimum 20, maksimum 45 metr olacaq ki, bu da kifayət qədər geniş yol sayılır. Eyni zamanda, ərazidə müasir işıqlandırma sistemi qurulacaq və piyada səkiləri salınacaq.
Qeyd edək ki, layihə çərçivəsində bir neçə müddət əvvəl salınan Xəqani Rüstəmov küçəsi də çox istifadə edilən yollardandır və pik saatlarda burada sıxlıq müşahidə edilir.
Reytinq: