AFFA Hakim-İnspektorlar Komitəsinin sabiq sədrinin oğlu FIFA referisi oldu

idman
6-12-2018, 22:28 2347
AFFA Hakim-İnspektorlar Komitəsinin sabiq sədrinin oğlu FIFA referisi oldu
Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin siyahısı açıqlanıb.
Realfakt.Az xəbər verir ki, ölkəni beynəlxalq futbol oyunlarında təmsil edəcək baş hakimlərin siyahısında dəyişiklik edilib.
Görmə qabiliyyətində problem yaranan və müalicə olunan Ömər Paşayevi 2018-2017-ci illərdə Hakim-İnspektorlar Komitəsinin sədri olmuş, hazırda Azərbaycan Futnet Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan Gülağa Cabbarovun oğlu Rauf Cabbarov əvəzləyib.
Oxu: Azərbaycanlı FIFA referisi: Gözümə soyuq dəyib
Bundan başqa Elçin Səmədli futzal üzrə FIFA referiləri siyahısından yaş limitinə görə çıxarılıb.
Beləliklə, siyahı belədir:
Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabbarov;
Referi köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov, Akif Əmirəli, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov;
Futzal: Yusif Nurullayev, Ramil Namazov, Hikmət Qafarlı;
Çimərlik futbolu: İnqilab Məmmədov, Əli Cəbrayılov, Sədaqət Vəliyeva;
Qadın referilər: Yuliya Qurbanova, Səbayel Kuzutürk;
Qadın referi köməkçiləri: Gülyana Özcan, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Gülnurə Əkbərzadə.