Sürücülərin nəzərinə: Sürət həddi azaldıldı

sosial
2-12-2018, 22:24 2133
Sürücülərin nəzərinə: Sürət həddi azaldıldı
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Realfakt.Az xəbər verir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş olunur.
Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edilir.