Azərbaycanlı yeniyetmə Avropa çempionatında medal qazandı

idman
30-11-2018, 22:29 1605
Azərbaycanlı yeniyetmə Avropa çempionatında medal qazandı
Azərbaycan idmançısı Rahid Vəliyev yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində gümüş medal qazanıb.
Realfakt.Az xəbər verir ki, İspaniyada təşkil edilən qitə birinciliyində 11 taekvondoçu ilə təmsil olunan komandamızın üzvü medala sahib olub.
Belə ki, 37 kiloqram çəki dərəcəsində mübarizə aparan Vəliyev fransalı (21:19), türkiyəli (13:10) və rusiyalı (26:04) rəqiblərinə qalib gəlib.
Yarımfinalda daha bir rusiyalı idmançı ilə qarşılaşan taekvondoçumuz (7:6) qalib gələrək finala yüksəlib.
Lakin finalda Danimarka təmsilçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 32:35 hesabı ilə məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub.