Mayisə Əsədullaqızı şeirləri

yazarlar
27-11-2018, 12:38 7615
Mayisə Əsədullaqızı şeirləri
BİR ÖMÜR
Səndən sonra, bilirsən,
Bilirsən, nələr oldu?
O gördüyün bağçada,
Nərgiz, bənövşə soldu.
Səndən sonra bilirsən,
Gözlərimin yaşıdı.
Ürəyim büllur şüşə,
Gözləməyə naşıdı.
Qürurunu az eylə,
Məhəbbətdə yoxlama,
Onsuz da olan oldu,
Gülə-gülə ağlama.
Bəlkə elə bir ömür,
Məhəbbətim yaşadı.
Ürəyimsə, dəfn olan,
Sevginə başdaşıdı.




YAĞIŞLA AĞLAYA BİLSƏN
Yuxunun səması qəmli,
Kipriklərin qatı nəmli,
Deyirsən orda soyuqdur,
Ürəyin oyuq-oyuqdur.
Qəribin qəlbi sıxılar,
Ümidlər sınar, yıxılar.
Buluddan betər doluram,
Ağlağan uşaq oluram,
Bəzən yuxumdan qalıram,
Ala gözlərim süzülər,
Ayrılıq sözə düzülər.
Fərəhdən gözünü silsən,
Yağışla ağlaya bilsən,
Bir gecə gizlicə gəlsən,
Dərdlilər dərdin danışar,
Doqaq, öpüş, qəlb alışar.