Üzü Qarabağa gedən yolun astanasında

sosial
9-11-2018, 23:39 1250
Üzü Qarabağa gedən yolun astanasında
Uğrunda qurban edilən canlar, gözüyaşlı analar, işğalda olan 20 faiz torpağa görə ürəyi sızlayan Azərbaycan.
Qonaqpərvər, yaxşılıq edən, dost dediklərinə güvənən xalqımızın inamının boşa çıxdığı vaxtlar hər kəsə məlumdur. Bütün bunlara baxmayaraq, bu gün qürur mənbəyimiz - bayrağımız 100 yaşını qeyd edir.
Bildiyiniz kimi, İki gün əvvəl Təhsil və Müdafiə Nazirliklərinin başçılığı ilə Füzuli rayonunda bayraq yürüşü etdik. Yağışlı gündə hər kəs içində qürur hissi ilə Bayraq Meydanına tərəf irəlilədi. Və bu hiss nədən irəli gəlir, bilirsiniz? 2016-cı ilin aprel döyüşlərində kiçikdən böyüyə kimi birləşən xalqdan, bayraq üçün vuruşmağa hər an hazır olan gənclər, yaşlılar və əsgərlər, güclü ordudan...
Səhər saatlarında yola düzəldik. Yolda tarixçi-alim Anar İsgəndərov Füzulinin tarixindən danışdı. Uzun müddət Qarabulaq adlanan bu yerin XVIII əsrdə ruslar tərəfindən işğal olunandan sonra Malakan, daha sonra isə işğalçı polkovnikin adı ilə Karyagin adlandığını dedi.
1918-ci ildə AXC gələndən sonra yenidən Qarabulaq adına dəyişilsə də, XI Rus ordusunun işğalından sonra Karyagin olub, daha sonra isə dahi şairimiz Məhəmməd Füzulinin şərəfinə Füzuli adlanıb.Yağışlı gündə bizi gözləyən Füzuli əhalisi və əsgərlərlə yola düzəldik. Addımlarımızın başqa yönə olmasını istəyərdik, amma hələ ki, üzümüz Bayraq Meydanına tərəf oldu...