Milli Qəhrəmanlarla bağlı qanun dəyişdirildi

sosial
2-10-2018, 22:22 960
Milli Qəhrəmanlarla bağlı qanun dəyişdirildi
“Azərbaycanda Milli Qəhrəmanın xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” qanun layihəsinə dəyişikliklər edilib.
Realfakt.Az xəbər verir ki, bununla bağlı parlamentin payız sessiyasının ilk iclasında qanun layihəsi müzakirəyə çıxarılıb.
Belə ki, təklif edilən dəyişikliyə görə, “Qızıl Ulduz” medalı üz tərəfində ikiüzlü hamar şüaları olan, 31,5 mm ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanıb. Arxa tərəfi hamar səthlidir, ortasında “Azərbaycanın Milli Qəhrəmanı” sözləri yazılır.
Medalın arxa tərəfinin aşağı hissəsində seriyası və nömrəsi həkk olunur. Əvvəlki-mövcud variantda isə “yuxarı şüanın küncündə...” sözləri əksini tapıb və indi həmin sözün dəyişdirilməsi təklif olunur.