Prezident yol tikintisinə 4,2 milyon manat ayırdı

siyaset
2-10-2018, 22:18 1326
Prezident yol tikintisinə 4,2 milyon manat ayırdı
Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunun Arbatan–Marışlı–Seyidsadıqlı–Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Realfakt.Az xəbər verir ki, sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Arbatan–Marışlı–Seyidsadıqlı–Quyçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,2 milyon (dörd milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.