» » Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyin olundu


Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyin olundu

1-10-2018, 23:44
Oxunub: 869
Çap et
Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyin olundu
Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyin olunub.
Bu barədə Realfakt.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İsayev Vüqar Ürfət oğlu Qobustan Milli Tarixi-Bədii Qoruğuna direktor təyin olunub.
Qeyd etdi ki, Vüqar İsayev bundan əvvəl də Mədəniyyət Nazirliyi sistemində çalışıb. Belə ki, Vüqar İsayev buna qədər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.
Reytinq: