Gəncəyə 10 milyon manat ayrıldı

siyaset
26-09-2018, 22:24 1111
Gəncəyə 10 milyon manat ayrıldı
Azərbaycan Prezident İlham Əliyev Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Realfakt.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamın məqsədi Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsidir.
Sənədə əsasən, Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10,0 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.