Mehriban Əliyeva İtaliyada danışıqlarda

siyaset
26-09-2018, 22:14 1229
Mehriban Əliyeva İtaliyada danışıqlarda
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
Realfakt.Az xəbər verir ki, görüşdə Azərbaycanın Şərq ilə Qərb arasında özünəməxsus mədəniyyət körpüsü rolu oynadığı bildirildi, ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələri, multikultural mühit yüksək qiymətləndirilib.
Söhbət zamanı Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfələr, bununla bağlı ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, xüsusilə də Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, reallaşdırdığı mühüm layihələr qeyd edilib.
16.40
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
Realfakt.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.