» » Birinci vitse-prezident Vatikanda açılışda


Birinci vitse-prezident Vatikanda açılışda

26-09-2018, 22:12
Oxunub: 889
Çap et
Birinci vitse-prezident Vatikanda açılışda
Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının sentyabrın 26-da açılışı olub.
Realfakt.Az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Kardinal Can-Franko Ravazi Birinci vitse-prezident Mehriban Əliyevanı qarşılayıb.
Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışı olub.
Birinci vitse-prezident Mehriban Əliyeva və Kardinal Can-Franko Ravazi rəmzi açılışı bildirən lenti kəsiblər.
Burada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2016-cı ildə başlanılıb. Görülən işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ifadə olunub. Bildirilib ki, bərpa işləri mükəmməl həyata keçirilib. Ümumilikdə, katakombalarda 8 minə yaxın sərdaba yerləşir. Katakombaların zəngin tarixi var. Onlar bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyır. Katakombalar təbii və ya süni yeraltı məntəqələrdir. Onlar çox dar dəhlizlərdən ibarət olur. Əvvəllər Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. Bu katakombalar 1578-ci ildə aşkarlanıb. Buradakı bəzi abidələrin yaşı III əsrə gedib çıxır.
Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları da bərpa olunub.
16.46
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Sebastian katakombalarının sentyabrın 26-da açılışı olub.
Realfakt.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Reytinq: