» » Ərdoğan Almaniyada Avropanın ən böyük məscidini açacaq


Ərdoğan Almaniyada Avropanın ən böyük məscidini açacaq

25-09-2018, 21:36
Oxunub: 855
Çap et
Ərdoğan Almaniyada Avropanın ən böyük məscidini açacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Kelna şəhərində keçiriləcək Mərkəzi məscidin açılış mərasimində iştirak edəcək. Binanın tikintisi Türkiyənin İslam Dini Birliyi tərəfindən maliyyələşdirilib və səkkiz il davam edib.
Realfakt.Az “NEWSru.co.il” portalına istinadla xəbər verir ki, məsciddə eyni vaxtda 1200 insan ibadətlə məşğul ola bilər.
Onun ərazisində kitabxana, ticarət mərkəzi, 600 nəfərlik konfrans zalı, seminarların keçirilməsi üçün oturacaqlar və avtodayanacaq var.
“Bu, Almaniyada və bütün Avropada ən böyük məsciddir. O, sülh, qardaşlıq və birgəyaşayış mədəniyyətini təbliğ edir”, - birliyin rəhbəri Nevzat Aşikoğlu deyib.
Reytinq: