Pakistan və Azərbaycan hərbi əməkdaşlığı müzakirə ediblər

sosial
25-09-2018, 21:35 1247
Pakistan və Azərbaycan hərbi əməkdaşlığı müzakirə ediblər
Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin müavini, general-leytenant Malik Zəfər İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Realfakt.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.