İlham Əliyev başsağlığı verdi

siyaset
22-09-2018, 23:06 1067
İlham Əliyev başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Fu Çonqa başsağlığı məktubu ünvanlayıb.
Realfakt.Az-ın məlumatına görə, İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Çan Day Kuanqın vəfatı xəbərindən olduqca kədərləndirdiyini bildirib.
“Çan Day Kuanq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr verib.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə dövlət başçısının məktubunda qeyd olunur.