Binəli Yıldırım Bakıda namaz qıldı

siyaset
21-09-2018, 22:11 1282
Binəli Yıldırım Bakıda namaz qıldı
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda cümə namazı qılıb.
Realfakt.Az xəbər verir ki, cümə namazı üçün Yıldırım Bakı Türk Şəhidliyi məscidinə gəlib. Ona Qırğızıstan parlamentinin spikeri Dastanbek Cumabekov və Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə müşayiət edib.
Yıldırım namazdan sonra üzərində Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu hədiyi insanlara paylayıb.