Azərbaycanda qadın müəllim 49 yaşlı qohumunu öldürdü

hadise
12-08-2015, 10:13 935
Azərbaycanda qadın müəllim 49 yaşlı qohumunu öldürdü Zaqatalada 48 yaşlı kişi qətlə yetirilib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, avqustun 11-i axşam 22 radələrində rayonun 3-cü Tala kənd sakini 1967-ci il təvəllüdlü Qazıməhəmməd Nəsrullah oğlu İbrahimovun döş qəfəsinin sol tərəfindən bıçaqlanaraq qətlə yetirilmiş meyiti xəstəxananın morquna daxil olub.
Qazıməhəmməd İbrahimovu onun qohumu, kənd sakini 1984-cü il təvəllüdlü Günel Ömər qızı İsgəndərova tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Məlumatda bildirilir ki, qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən Qazıməhəmməd İbrahimov evli olub, bir-neçə il əvvəl həyat yoldaşından ayrılıb.
Qətli törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hal-hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.