Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarılır

idman
13-09-2018, 22:53 1260
Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarılır
2019-cu ilin aprelində keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin biletləri oktyabrın ikinci yarısından satışa çıxarılacaq.
Realfakt.Az xəbər verir ki, bu barədə Qran-Pri hazırlıqlarına başlanılması ilə əlaqədar jurnalistlərlə keçirilən görüşdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.
BŞH rəsmisi vurğulayıb ki, biletlərin qiyməti əvvəlki illərə nisbətən ucuz olacaq.
N.Arpadarai “Formula-1” trasında inşaat işlərinə isə noyabrın sonları - dekabrın əvvəllərində start veriləcəyini açıqlayıb.