Azərbaycan Ankarada, Türkiyə Bakıda mədəniyyət mərkəzi açacaq

medeniyyet
12-09-2018, 22:34 2250
Azərbaycan Ankarada, Türkiyə Bakıda mədəniyyət mərkəzi açacaq
Azərbaycanın Türkiyənin paytaxtı Ankara şəhərində, Türkiyənin isə Azərbaycanın paytaxtı Bakı şəhərində mədəniyyət mərkəzləri fəaliyyət göstərəcək.
Realfakt.Az-ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin Mədəniyyət komitəsinin sentyabrın 12-də Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı ilk iclasında müzakirə olunub.
Sazişdə göstərilir ki, Bakı və Ankara ilə yanaşı, Türkiyənin və Azərbaycanın digər şəhərlərində də mədəniyyət mərkəzlərinin şöbələri təsis edilə bilər.
Müzakirələrdən sonra sazişin ratifikasiya olunması payız sessiyasının plenar iclasına tövsiyə edilib.