Bakı metrosu qış rejiminə keçir

sosial
10-09-2018, 22:34 1280
Bakı metrosu qış rejiminə keçir
Yaxın günlərdə “Bakı Metropoliteni” QSC qış rejiminə keçəcək.
Bunu Realfakt.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda iş qrafikinin dəyişdirilməsinə hazırlıqlar davam edir:
“Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval 2 dəqiqəyə salınacaq. Nəticədə, “Həzi Aslanov-28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək.
Sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 2,5- 3 dəqiqə olacaq”.
Bəxtiyar Məmmədov qeyd edib ki, şənbə və bazar, eləcə də, bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur.