İlham Əliyev Braziliya prezidentini təbrik etdi

siyaset
6-09-2018, 22:07 1110
İlham Əliyev Braziliya prezidentini təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının prezidenti Mişel Temerə təbrik məktubu göndərib.
Realfakt.Az-ın xəbərinə görə, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.