İlham Əliyev Qırğızıstan prezidenti ilə görüşüb

siyaset, iqtisadiyyat
3-09-2018, 22:38 1331
İlham Əliyev Qırğızıstan prezidenti ilə görüşüb
Mən qardaş Qırğızıstana, belə gözəl diyara səfər etməkdən çox şadam. Siz dediyiniz kimi, İssık-Kul Qırğızıstanın mirvarisidir. Düşünürəm ki, bu məkan bütün dünya üçün əhəmiyyətlidir. Bu, qırğızları və bu gözəl yerə gələnlərin hamısını sevindirən nadir təbii abidədir.
Realfakt.Az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov ilə görüşündə deyib.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin təşkili münasibətilə Sizi təbrik etmək istərdim. Əminəm ki, bu, bizim birliyimizi, əməkdaşlığımızı təsdiq edən, həmçinin ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün yaxşı imkan yaradan əhəmiyyətli tədbirdir. Biz Qırğızıstanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Əminəm ki, bizim bugünkü görüşümüz gələcəkdə də uğurla inkişaf edəcək münasibətlərimizə yeni təkan verəcək. Bir daha qonaqpərvərliyə görə sağ olun”, - deyə dövlət başçısı bildirib.
09:01
Sentyabrın 3-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.
Realfakt.Az-ın məlumatına görə, bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.