Azərbaycanı təmsil edən badmintonçu Ukraynada medal qazandı

idman
3-09-2018, 22:30 1366
Azərbaycanı təmsil edən badmintonçu Ukraynada medal qazandı
Ukraynanın Xarkov şəhərində badminton üzrə “RSL Kharkiv International 2018” turnirinə yekun vurulub.
Realfakt.Az xəbər verir ki, “International Challenge” kateqoriyalı turnirdə ölkəmizi təmsil edən indoneziyalı Ade Reski Dvikahyo kişi badmintonçuların şəxsi yarışında uğurlu çıxışı ilə yadda qalıb.
Mübarizəyə əsas mərhələdən qoşulan “Sabah” İdman Klubunun badmintonçusu yarışın finalınadək irəliləməyi bacarıb. Dvikahyo həlledici görüşdə çexiyalı Yan Louda ilə qarşılaşıb. Görüş çexiyalı badmintonçunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, turniri II pillədə başa vuran Ade Reski Dvikahyo yarışın gümüş medalını qazanıb. Bu, Azərbaycanın “International Challenge” kateqoriyalı badminton turnirlərində ilk medalıdır.