İlham Əliyev: Rusiya Dağlıq Qarabağ nizamlanmasında vacib rol oynayır

siyaset
1-09-2018, 21:41 1112
İlham Əliyev: Rusiya Dağlıq Qarabağ nizamlanmasında vacib rol oynayır
Rusiya və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Onlar həyatımızın bütün sahələrini əhatə edirlər. Və bu gün mənim səfərim çərçivəsində biz, iktərəfli münasibətlərin bir çox aspektlərini, beynəlxalq problemləri çox ətraflı müzakirə etdik.
Realfakt.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunları üzrə bildirib.
Azərbaycan liderinin sözlərinə görə, tərəflərin müzakirə etdikləri məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə “uzun müddətdir davam edən və Azərbaycan xalqı üçün böyük əzablara gətirib-çıxarmış” Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur.
“Azərbaycanın beynəlxalq tanınmış əraziləri uzun illərdir ki, erməni işğalı altındadır, bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olub. Münaqişənin tezliklə nizamlanması bizim vətəndaşlarımıza öz tarixi torpaqlarına qayıtmaq imkanı verəcək, həmçinin regionumuza sülh, sabitlik və əməkdaşlıq gətirəcək”.
İlham Əliyev qeyd edib ki, Rusiya münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi nizamlanma işində vacib rol oynayır:
“Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Və biz münaqişənin nizamlanması işində Rusiyanın səylərinin davam etdiriləcəyinə ümid edirik”.